Şrift:
Fərəc Quliyevin adından verilmiş münasibətə görə Hafta.az saytı üzr istədi
20.07.2017 [14:38] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
19.07.2017 tarixində Hafta.az saytında ““Kreml bunu cavabsız qoymayacaq” – Millət vəkili” başlıqlı yazıda Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin adından münasibət verilmişdi. Lakin, yazıda verilmiş münasibətin Fərəc Quliyevdən götürülmədiyi üçün, media qurumuna bununla bağlı ciddi irad bildirildikdən sonra, həmin xəbər saytan silinirək, təkzib edilmiş, yalnışlığa görə üzr istənilmiş və yazının müəllifi redaksiya rəhbərliyi tərəfindən cəzalandırılmışdır.

Hafta.az saytının sözügedən yazısını və verdiyi təkzibi təqdim edirik:





“Millət vəkili ilə bağlı yalnışlığa yol verilib


Dünən hafta.az saytında millət vəkili Fərəc Quliyevə istinadla “Kreml bunu cavabsız qoymayacaq” başlıqlı xəbər dərc olunub. Yazıda Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyanın Azərbaycana silah satmasına facebook sosial şəbəkəsində rast gəldiyimiz bir xəbərə millət vəkili Fərəc Quliyevin münasibəti əks olunmuşdu.

Əməkdaşımızın bu münasibəti millət vəkili ilə dəqiqləşdirmədən verməsi qarşı tərəfin narazılığı ilə qarşılanıb. Millət vəkili Fərəc Quliev xəbəri hazırlayan jurnalistə belə bir açıqlama vermədiyini bildirib. Yaranmış anlaşılmazlığa görə hörmətli millət vəkilindən üzr istəyirik. Artıq həmin xəbərin linki hafta.az saytından çıxardılıb və səhlənkarlığa yol verən jurnalist sərt şəkildə cəzalandırılıb.”.






““Kreml bunu cavabsız qoymayacaq” – Millət vəkili



“Aprel döyüşlərindən sonra Sarkisyan Rusiyanı açıq şəkildə ittiham etməkdən çəkinir. Ehtiyat edir ki, Moskva acıqlanar və Azərbaycana “dabro” verər ki, Qarabağda onları əzib keçək. Bir dəfə bunun acı nəticələrini yaşadılar”.

Bunu hafta.az-a açıqlamasında “Azərbaycana silah satdığına görə Rusiyanın heç yaxşı iş görməməkdə” ittiham edən Ermənistan prezidenti Serj Sarkisyanın son bəyanatına münasibət bildirərkən politoloq, millət vəkili Fərəc Quliyev deyib. Millət vəkilinin sözlərinə görə, Moskva ermənilərə dəfələrlə bildirib ki, bu rusların bazar siyasətinə qarışmaqdır:

“Azərbaycan onsuz da silah alır. Çünki müharibə vəziyyətindədir. Rusiya satmasa gedib İsraildən, Türkiyədən alacaq. Ermənilərə isə silah almağa gücləri olmadığı üçün hədiyyə edilir. Əgər Sarkisyan Rusiyanı bu cür hədələməyə çalışsa Kreml bunu cavabsız qoymayacaq”.

Tural Turan”



MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 983 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed