Şrift:
Küveyt İran səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verib
21.07.2017 [10:31] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Küveytin hakimiyyət orqanları İran səfirinə ölkəni tərk etməsi üçün 48 saat vaxt verib.

Bu barədə Reuters agentliyi İran mediasına istinadla məlumat yayıb.

Bir qədər əvvəl isə KİV-lərdə belə bir informasiya yayılmışdı ki, Küveyt hökuməti İranın ölkədəki mədəniyyət missiyasının işini və onunla əlaqəli nümayəndəliklərin fəaliyyətini dayandırmağı qərara alıb. Nazirlik bununla bağlı İran səfirini məlumatlandırıb və səfirlikdə işləyən diplomatların sayını azaltmağı tələb edib. Sky News Arabia telekanalının məlumatına görə, Küveyt hakimiyyəti 15 İran diplomatının ölkəni tərk etməsi, hərbi attaşe və mədəniyyət attaşesi aparatlarının bağlanması barədə qərar qəbul edib. Bununla yanaşı, Küveyt İranla bütün hökumətlərarası komitələrin də işini dayandırır.

Həmin tədbirlər Küveyt məhkəməsinin “al-Abdali” qruplaşması özəyinin üzvləri ilə danışıqlarından sonra görülüb. İttihamda təsdiqlənib ki, yaraqlılar İranda “Hezbollah” qruplaşmasının rəhbərliyi altında təlimlər keçiblər.

Bu arada Mehr agentliyi baş verənlərlə əlaqədar Küveytin müvəqqəti işlər vəkilinin İran Xarici işlər Nazirliyinə cağrıldığını xəbər verib.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed