Şrift:
Putin kəşfiyyatda istifadə etdiyi ləqəbi açıqladı
22.07.2017 [11:58] - Gündəm, Bildiriş
Rusiya prezidenti Vladimir Putin xarici kəşfiyyat orqanlarında işləyən zaman “Platov” ləqəbindən istifadə etdiyini bildirib.
Putin bu barədə “Sirius” təhsil mərkəzinin yetirmələri ilə söhbət zamanı deyib.
“Bildiyiniz kimi, mən fəaliyyətimə xarici kəşfiyyat orqanlarında başlamışam. Həmin zaman mən “Platov” ləqəbindən istifadə edirdim. Bizim işimizdə bu vacib idi”, – dövlət başçısı qeyd edib.
Rusiya prezidenti bildirib ki, hazırda hansısa bir təxəllüsdən istifadə onun üçün mənasızdır.
“Əlbəttə ki, mən özümə heç bir “nik” seçməzdim, sadəcə öz adımdan istifadə edərdim. Bu hər kəs üçün normaldır, hansısa “nik” arxasında gizlənmək nəyə lazımdır?”, – Putin deyib.
Bu xəbər oxucular tərəfindən 618 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed