Şrift:
Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək
24.07.2017 [10:09] - Siyasət
Qüdsdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək.

İclasın keçirilməsi təşəbbüsü ilə İordaniya çıxış edib.

Görüş xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə Əl-Aksa məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. İsrail hökuməti bu olaydan sonra Əl-Aksa məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.
Bu xəbər oxucular tərəfindən 380 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed