Şrift:
Təbrizdə qızıl satan mağazalardan verginin artırılmasına etiraz
24.07.2017 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin Əmir Kəbir Ticarət Mərkəzində qızıl satan mağazalar əlavə dəyərə qoyulmuş verginin artırılmasına etiraz olaraq öz fəaliyyətini dayandırıb.

Məlumata görə, bazarda təkcə Əmir Kəbir Ticarət Mərkəzindəki qızıl mağazaları bağlanıb, digər mağazalar isə öz fəaliyyətini davam etdirir.

Ötən il də Təbrizdə qızıl mağazalarının sahibləri verginin rejim tərəfindən artırılmasına etiraz olaraq iş yerlərini bir neçə günlük bağlamışdır.

İran rejiminin valyuta ehtiyatları və gəliri azaldıqca, ölkədə işıq, su, yanacaq və s. kimi məhsulların qiyməti artırılır, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən isə daha çox vergi tələb olunur. Bu məsələ ölkənin bir çox məntəqəsində dəfələrlə kütləvi etirazlara səbəb olub.

Təbrizin qızıl bazarında rejimin əlavə dəyərə qoyduğu verginin artırılması, “vergi zorakılığı” adlandırılır.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed