Şrift:
Azərbaycan vətəndaşları Türkiyədə ev alan xaricilər arasında yenə də TOP-10-dadır
25.07.2017 [10:11] - İqtisadiyyat
Azərbaycan vətəndaşları 333 mənzil alışı ilə bu ilin yanvar-iyun ayları ərzində Türkiyədə ev alan xarici vətəndaşların sıralanmasında İraq (1 645), Səudiyyə Ərəbistanı (1 517), Küveyt (798), Rusiya (600), Əfqanıstandan (524) sonra 6-cı yerdə qərarlaşıb.

Azərbaycan vətəndaşlarına bu ilin yanvar ayında 54, fevralda 55, martda 50, apreldə 65, mayda 63 və iyunda 46 ədəd ev satışı həyata keçirilib. Qeyd edək ki, 2016-cı ilin ilk altı ayı ərzində isə Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 336 ev alınıb.
Bu xəbər oxucular tərəfindən 388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed