Şrift:
Rusiya Azərbaycana satdığı 64 hərbi helikopteri bu ilin sonunadək Bakıya çatdıracaq
14.05.2012 [13:51] - Gündəm, Hərb
Rusiya Azərbaycanla 2010-cu ildə bağlanmış müqavilələr üzrə bu ilin sonunadək Bakıya 64 ədəd hərbi helikopterin çatdırılmasını yekunlaşdıracaq.
Rusiya KİV-nin verdiyi məlumata görə, müqavilələrin icrası ilə hazırda Rusiyanın «Oboronprom» Konserninin nəzarəti altında olan iki müəssisə – «Kazan Vertolyot Zavodu» və «Rosvertol» (Rostov-Donda yerləşir) şirkətləri məşğul olur.
Helikopterlərin çatdırılmasına ötən ilin sonlarından başlanıb.
Müqavilə üzrə çatdırılacaq helikopterlərin 40 ədədi Mi-17-V1 tipli hərbi-nəqliyyat, 24-ü isə Mi-35M tipli döyüş helikopteridir.
Bu, Azərbaycan və Rusiya arasında hərbi aviasiya vasitələrinin alğı-satqısına dair imzalanmış ən böyük müqavilədir.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed