Şrift:
Ərdoğandan Türkiyənin “S-400”-dən qorxan ABŞ-a SƏRT CAVAB
25.07.2017 [10:29] - Xəbərlər, Hərb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın baş qəraragah rəisi Josef Dunfordun Türkiyənin yeni silah alması ilə bağlı reaksiyasına cavab verib.
Jozef Dunford Türkiyənin “S-400” raket komplesi almasının bölgə üçün təhlükə və narahatlıq doğurduğunu bəyan etmişdi.
Ərdoğan isə baş qərargah rəisinin reaksiyasına belə cavab verib: “Türkiyənin raket kompleksi alması nəyi narahatlıq doğurur? Hər ölkə daxili təhlükəsizliyini qorumaq üçün müəyyən tədbirlər görmək məcburiyyətindədir.
Biz Amerika ilə çox sayda görüşlər keçirdik. Həmin ölkə ilə bizə lazım olan təhlükəsizlik planlarını təmin edə bilmədiyimiz üçün “S-400” kompleksi almağa qərar verdik. Bunun narahatlıq doğuran heç bir tərəfi yoxdur. Fərqli silahlardan istifadə olunduğu zaman hiss edilməyən narahatlıq “S-400” aldığımız zaman ortaya çıxır. Bu, çox qəribə səslənir”.
Zümrüd
Bu xəbər oxucular tərəfindən 533 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed