28.07.2017 [16:28] - Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin təşəbbüsü ilə deputat seçildiyi Suraxanı rayonu ərazisində seçicilərlə mütamədi görüşlər və qəbullar keçirilir. Hər həftə keçirilən deputat qəbulları ilə yanaşı, hər həftə bir bir ərazidə seçicilərlə məhəlli görüşlər keçirilir. Bu görüşlərdə sakinlər dinlənilir, ərazilərlə bağlı edilmiş müraciətlərə yerində baxış keçirilir. Bunlardan əlavə, milli və dövlətçilik maraqları ətrafında birləşməyin, eləcə bölücülüyü və separatçılığı yayanlara qarşı mübarizə aparmağın vacibliyi barədə söhbətlər aparılır.
Deputatın köməkçisi Həbib Ələkbərovun verdiyi məlumata görə, görüşlərdə sakinlər tərəfindən olunmuş müraciətlər və özlərinin etdiyi müşahidələr zamanı qeydə alınan bütün problemlərin həlli üçün lazimi tədbirlər görülür, aidiyyatı qurumlar cəlb edilir.
H.Ələkbərov onu da bildirib ki, “keçirdiyimiz görüşlərdə edilmiş müraciətlər və öz müşahidələrimiz zamanı dövlət qurumlarının və bələdiyyənin ərazilərdəki fəaliyyətləri və gördükləri işlərdə kifayət qədər müsbət hallar qeydə alınmışdır ki, bunlar da millət vəkilinin diqqətindən kənarda qalmamışdır. Əraziyə məsul olan qurumların sakinlərin razılıqla qarşıladığı fəaliyyəti millət vəkili tərəfindən dəyərləndirilmiş və işlərin yüksək səviyyədə təşkili ilə bağlı həmin orqanların rəhbərlərinə və kollektivlərinə rəsmi şəkildə təşəkkür məktubları ünvanlamışdır.”
Qeyd edək ki, Fərəc Quliyev 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputat seçildiyi vaxtdan öz təşəbbüsü ilə hər həftə bir ərazidə seçicilərlə görüşün təşkili sakinlər tərəfindən məmnunluqla qarşılanaraq, millət vəkilinin qayğısı kimi dəyərləndirilir və mətbuatda da işıqlandırılır.

Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |