Şrift:
Ermənilər Ağdamın Şahbulaq qalasında qanunsuz arxeoloji qazıntı işləri aparır
04.08.2017 [10:18] - Gündəm, Siyasət
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntı işləri aparır.
İşğalçı ölkə nümayəndələrinin Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində apardıqları qazıntı nəticəsində dolça aşkar edilib.
Qazıntı işlərinin Xankəndi Dövlət Universitetinin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.
İnformasiyaya əsasən, aşkar edilən dolçanın bizim eranın 2-3-cü əsrinə aid olduğu ehtimal olunur. Başqa sözlə, onun Şahbulaq qalasından 300 il gənc olduğu bildirilir.
Xatırladaq ki, ermənilər qanunsuz arxeoloji qazıntı işləri aparmaqla yanaşı, tarixi saxtalaşdıraraq, Şahbulağın adını dəyişib “Tiqranakert” qoyublar.
Bu xəbər oxucular tərəfindən 444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed