Şrift:
Bişkekdə MDB ölkələri arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə edilir
04.08.2017 [10:24] - Gündəm, Mədəniyyət
Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlığının genişləndirilməsi məsələsi müzakirə olunur.

MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq Şurasının iki günlük toplantısının gündəliyinə 16 məsələ salınıb. İştirakçılar 2016-2020-ci illər üzrə mədəniyyət sahəsində əməkdaşlığa dair əsas tədbirlərin icrasını da müzakirə edəcəklər. 2018-ci ilin MDB-də mədəniyyət ilinin elan edilməsi ilə bağlı hazırlanan tədbirlər planı təsdiqlənəcək ki, bu barədə qərarı üzv ölkələrin Dövlət Başçıları Şurası verib. Plana əsasən xalqların milli-mənəvi dəyərləri, tarixi ənənələri, incəsənəti, folkloru, dili ilə bağlı 87 tədbir keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 432 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed