Şrift:
Bu gündən V qrupa sənəd verənlər üçün ixtisas seçiminə başlanılır
05.08.2017 [09:35] - Gündəm, Sosial, Gənclik
Bu gündən ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün ixtisas seçiminə başlanılır.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, seçim avqustun 10-dək aparılacaq.

Qeyd olunan abituriyentlər avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər.

I, II, III, IV ixtisas qruplarından hər hansı biri və V ixtisas qrupu üzrə DİM-in müəyyən etdiyi tələbləri ödəyən abituriyentlər iki qrupun ixtisaslarını seçə bilərlər.
Bu xəbər oxucular tərəfindən 224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed