Şrift:
Mahatma Qandinin nəvəsi Hindistanın vitse-prezidenti ola bilər
05.08.2017 [10:43] - Gündəm, Siyasət
Hindistan parlamentində ölkə vitse-prezidentinin seçilməsi üçün səsvermə başlayıb.

Hindistan vitse-prezidenti parlamentin hər iki palatasının deputatlar tərəfindən seçilir.

Bu vəzifə uğrunda iki namizəd mübarizə aparır: Qərbi Benqal ştatının keçmiş qubernatoru, Mahatma Qandinin nəvəsi Qopalkrişna Qandi və keçmiş prezident Narendra Modi hökumətində informasiya naziri işləmiş Venkaya Nadu.

Namizədlərdən birinin qalib gəlməsi üçün 50 faizdən çox səs yığması lazımdır.

Hazırkı vitse-prezident Məhəmməd Həmid Ənsarinin səlahiyyət müddəti avqustun 10-da başa çatır.
Bu xəbər oxucular tərəfindən 168 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed