Şrift:
Azərbaycan neftinin SON QİYMƏTİ - 1,26% bahalaşıb
05.08.2017 [10:46] - Xəbərlər, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 54,47 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,68 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 53,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,69 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 3-də 51,44 dollar/barel təşkil edib ki, Trend-ə görə, da əvvəlki qiymətdən 0,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 3-də 52,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,74 dollar/barel çoxdur.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed