Şrift:
Nadir Qazipur “Qladiator sorx” idman qəzetinin türkləri təhqir etməsinə reaksiya verib
05.08.2017 [10:49] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Qladiator sorx” idman qəzetinin türkləri təhqir etməsinə reaksiya verib.

O bu barədə bildiriş yayaraq qəzetin irqçi əməlini sərt şəkildə qınayıb.

“Qövmləri, xüsusi ilə də cəsarətli, qorxmaz və başıuca Azərbaycanı təhqir etmək heç bir şəkildə qəbul edilə bilməz.

Necə olur ki, bəzi kütləvi informasiya vasitələri öz trubunalarından “Traxtur” komandası və Azərbaycan əhalisini təhqir edirlər?!
Mən bu əhalinin bir xadimi kimi, təhqir edənlər öz cəzalarını alanadək bu məsələni xüsusi diqqətdə saxlayacam. Mətbuata nəzarət heyəti həmən məsələyə baxmalıdır. Belə insanlar cəzalandırılsa, Azərbaycanı təhqir etmək istəyənlərə də bir ibrət dərsi olar.

Hamı bilməlidir ki, hər kəs Azərbaycanı təhqir etsə, gözünü çıxardarıq”- deyə bildiriş də qeyd olunub.

Xatırladaq ki, İranın idman mətbuat orqanlarından olan “Qladiator sorx” internet qəzeti avqustun 3-də Azərbaycanın “Traxtur” və Tehranın “Perspolis” komandalarının görüşündən əvvəl və sonra yaydığı məlumatlarda türkləri təhqir edən “Səudiyyənin Əl-əhlisindən öncə zibh edin, Əl-vəhşi Təbriz” və “Pantürklərin canına od salın, türk kababı” kimi cümlələr işlədib. Bundan sonra sosial şəbəkələrdə qəzetə qarşı etirazlar başlayıb.

Bu barədə daha geniş məlumat almaq üçün aşağıdakı Link-ə müraciət edə bilərsiniz:
https://www.gunaz.tv/az/xeberler/guneyazerbaycan-1/iranin-qladiator-sorx-qezeti-turkleri-tehqir-etdi-97555
Bu xəbər oxucular tərəfindən 520 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed