Şrift:
İranda hakimiyyət pilləsində yüksəlməyin tək yolu
16.05.2012 [11:01] - Güney Azərbaycan xəbərləri
İranda mövcud rejimin məsullarının müqəddəs İslam dininin adından öz şəxsi mənfəətləri üçün və çirkin əməllərini ört basdır etmək üçün istifadə etdikləri heç kimə sirr deyil. Bununla yanaşı, İranın rəsmi orqanlarının xarici ölkələrdə baş verən proseslərə öz düşüncə tərzləri ilə qiymət verərək ölkə daxilindəki problemlərdən diqqəti yayındırmağa, qonşu dövlətlərin uğurlarına kölgə salmağa cəhd göstərmələri də bu məntiqin nəticəsidir.


Son dövrlər İİR-in mətbuat orqanlarında hökumətin, bilavasitə İnformasiya və Təhlükəsizlik Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinin tənqidinə böyük yer ayrılması əslində onların İİR-də cinsi azlıqların artmasının qarşısının alınması istiqamətindəki uğursuz fəaliyyətlərindən diqqəti yayındırmağa yönəlmişdir. Sadəcə İnternetdə http://www.youtube.com/watch?v=9b4uK2MXIh0&feature=related ünvanındakı İranda homoseksuallların qonaqlıq filmini izləmək qeyd olunanların həqiqət olduğuna inanmağa kifayətdir. Soruşmaq lazımdır ki, diqqəti problemlərdən kənara yönəltmək əvəzinə bu istiqamətdə konkret işlər görmək millət və onun gələcəyi üçün daha xeyirli olmazdımı? Cavab çox sadədir. Cəmiyyətdəki əxlaqsızlıq problemini həll etmək üçün ilk növbədə rejimin daxilindən başlamaq lazımdır. Bu isə o qədər də asan məsələ deyildir. Təkcə İİR-in Tuyserkan şəhərinin İmamcüməsi höcətülislam Gülüstaninin öz işçinin həyat yoldaşı ilə cinsi əlaqəsinin filmini (http://freedomvatan.blogspot.com/2008/11/blog-post.html) xatırlatmaq bu mübarizənin nə qədər çətin olmasını göstərməkdədir. Bu əxlaqsızlıqdan utanmaq əvəzinə isə Gülüstani bu “xidmət”in əvəzində öz işçisinin bütün qeyr-qanuni əməllərinə göz yumduğunu bildirməklə özünə haqq qazandırmağa çalışmışdır. Bu fakt əslində İİR-in hakimiyyət ierarxiyası daxilindəki münasibətlərin quruluşunu göstərməkdədir. Belə ki, bir şəhərin imamcüməsi hakimiyyətin yuxarı ierarxiyasından gördüyü münasibəti öz işçilərinə göstərməkdədir. Qeyd olunanlar İİR-in hökumət dairələrinin yuxarı dairələrində siyasi münasibətlərə təsir edən əsas amillərin də islamla heç bir əlaqəsi olmayan əxlaqsızlıqdan qaynaqlandığını göstərməkdədir.

İİR rejiminin əxlaqsızlığın yayılmasında maraqlı olmasının digər göstəricisi isə İranın Braziliyadakı diplomatı Himətulla Qurbaniyə olan münasibətindən də aydın görsənməkdədir. Belə ki, H.Qurbaninin diplomatik missiyasını həyata keçirdiyi ölkədə qız uşaqlarına qarşı cinsi zorakılıqda ittiham olunmasına baxmayaraq sözügedən şəxs öz ölkəsinə qayıdarkən cəzalandırılmaq əvəzinə çox mehribanlıqla qarşılanmışdır. Sözügedən şəxsin cəzalandırılmaması İİR-dəki mövcud rejimin islamdan nə qədər uzaq olmasının əsl göstəriclərindən sayılmaqdadır. Bəlkə də rejim məmurlar arasında belə halların coxluğundan ehtiyatlanaraq H.Qurbanini cəzalandırmaqdan çəkinmişdir. Çünki belə cinayətlərə görə cəza verilsə onda İran rejimi mənsublarının əksəriyyəti yəqin zindanlara atılmalı olardı.
Molla rejiminin həqiqi simasını aşağıdakı video görüntudən görə bilərsiniz İran mollası mscidə az yaşlı oğlan uşaöını zorlayır.
http://nabard2000.blogspot.com/2010/06/blog-post_25.html
Bu xəbər oxucular tərəfindən 1797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed