Şrift:
Azərbaycanın NATO üçün ayırdığı taborun qiymətləndirmə təlimi keçiriləcək
16.05.2012 [11:39] - Gündəm, Hərb
NATO-nun Birləşmiş Qüvvələr Komandanlığının ekspertlərinin gələn ay Azərbaycana səfəri planlaşdırılır. Bu barədə NATO-dan məlumat verilib.
Ekspertlər səfər çərçivəsində Azərbaycanın NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Birgə Əməliyyat Qüvvələri (OCC) üçün ayrılmış taborunun I səviyyəli qiymətləndirilməsi təlimini keçirəcəklər. Qiymətləndirmə nəticəsində rəy hazırlanaraq Azərbaycan tərəfinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən OCC taboru öncə bölük ştat-strukturunda yaradılıb. 2008-ci ildə bölüyünün I səviyyəli özünü-qiymətləndirilməsi, eləcə də ABŞ, Türkiyə və NATO ekspertlərinin iştirakı ilə I səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçirilib. 2010-cu ilin avqustunda yaradılmış OCC taborunun I səviyyəli özünü qiymətləndirmə təlimi isə 2011-ci ilin oktyabr ayında NATO prosedurlarına uyğun olaraq keçirilib.
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed