Şrift:
Ermənilər Tovuzun Qaralar kəndini atəşə tutublar, 13 yaşlı uşaq yaralanıb
08.08.2017 [09:56] - Gündəm, Hərb
Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində yaralanan Yusifov Ramin Sabir oğlunun fotoları əlavə olunub.
İlk xəbər saat 22:48-də əlavə olunub
Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Qaralar kəndini atəşə tutub.
Hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən bura mərmi düşüb. Mərminin qəlpələri R.Yusifovu ağır şəkildə yaralayıb.
Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. O, həkimlər tərəfindən əməliyyat olunub və vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 364 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed