Şrift:
Türkiyənin şərqində zəlzələ olub
09.08.2017 [10:24] - Gündəm, Hadisə
Türkiyənin şərqində Van vilayətidə zəlzələ baş verib. Yeraltı təkanların 4,4 bal gücündə olduğu bildirilib.

Zəlzələnin səhər saatlarında - yerli vaxtla 04:58-də 5 kilometr dərinlikdə qeydə alındığı barədə məlumat verilib.

Təlafat və dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 2011-ci ildə Vanda zəlzələ nəticəsində 600-a yaxın adam həlak olmuşdu.
Bu xəbər oxucular tərəfindən 400 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed