Şrift:
ABŞ-da son yeddi ilin ən güclü qasırğası gözlənilir
10.08.2017 [09:12] - Gündəm, Hadisə
Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) məlumatına görə, ABŞ-da son illərin ən güclü qasırğası gözlənilir.

Qurumun rəsmi saytı xəbər verir ki, Atlantik okeanındakı iki tropik qasırğanın Florida sahillərinə çatması ehtimal edilir. NOAA həmin qasırğanın 2010-cu ildən etibarən baş verən qasırğalardan ən aktivi olacağını bəyan edib.

Qasırğaların Meksika körfəzində də aktiv olması nəticəsində ölkənin böyük neft müəssisələrinin yerləşdiyi bölgədə ziyana yol açacağı, strateji neft ehtiyatlarına təsir edəcəyi və neftin qiymətinin yüksəlməsi kimi iqtisadi nəticələrin ola biləcəyi ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed