Şrift:
Türkiyənin diplomatik jurnalı Ermənistan hərbçilərinin qətlə yetirdikləri balaca Zəhradan yazır
10.08.2017 [09:13] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan silahlıları tərəfindən öldürülən balaca Zəhra, həmçinin ermənilərin cəbhə xəttindəki son təxribatları barədə məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb.

Diaspora İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, G.Babiş məqaləsində erməni terroruna məruz qalan azərbaycanlı uşaqlardan bəhs edib. “Xocalıdan Füzuliyə erməni terrorunun son uşaq qurbanı: Zəhra” başlıqlı məqalə “Diplomatik Gözlem” və “Diplomatic Observer” jurnallarının avqust nömrəsində dərc olunub.

G.Babiş yazısında Zəhranın Ermənistan hərbçiləri tərəfindən qətlə yetirilən ilk azərbaycanlı uşaq olmadığını vurğulayaraq, Xocalıdakı erməni vəhşiliyinin Füzulidə davam etdirildiyini bildirib. “2011-ci ildə ermənilər tərəfindən Tovuz çayına buraxılan içi partlayıcılarla dolu oyuncağı Əlibəyli kəndindən 13 yaşlı Aygün Şahmalıyevanın götürməsi və bu oyuncağın partlaması nəticəsində uşağın ölməsi və anasının yaralanması unudulmayıb. Daha sonra həmin ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov erməni snayper tərəfindən vurularaq öldürülüb. Bundan başqa, ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə beşikdəki körpələrin qətl edildiyi Xocalı soyqırımından 25 il sonra yenə 2 yaşlı məsum körpə bu dəfə Füzulidə erməni vandalizminin qurbanı olub. Göründüyü kimi, Xocalıdakı vəhşiliklər hələ də davam edir”, - deyə müəllif qeyd edib.

G.Babiş 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın böyük uğur qazandığını və Ermənistanın xaricdən asılı vəziyyətdə olduğunu oxucuların diqqətinə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 51 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed