Şrift:
Müslim Maqomayevin xatirəsi anılıb
10.08.2017 [10:08] - Mədəniyyət
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət Evində görkəmli müğənni, Xalq Artisti Müslim Maqomayevin 75 illiyinə həsr olunmuş tədbir keçirilib.
VKC növləri üzrə Karate Federasiyasının prezidenti Nurəddin Quliyev və Xəzər rayon İdman İdarəsinin rəisi Vüqar Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Sonra qonaqlara sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində karate klublararı üzrə yoldaşlıq yarışına start verilib.

Rayonun bir sıra karate məktəblərinin iştirak etdiyi yarışın sonunda qaliblər diplom və medallar ilə təltif ediliblər.

Tədbir mədəniyyət evinin bədii özfəaliyyət kollektivi, “Məşəl” rəqs qrupu və tanınmış ifaçıların konsert proqramı ilə davam edib.
Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed