Şrift:
Avropa İttifaqının müdafiə üzrə Baş Direktorluğunun yaradılması təklif edilib
11.08.2017 [09:56] - Siyasət
Avropa Parlamentində Avropa İttifaqının müdafiə üzrə Baş Direktorluğunun yaradılması təklif edilib.
Bu təkliflə Avropa Parlamentinin üzvləri çıxış ediblər.
Deputatlar qeyd ediblər ki, əgər belə bir qurum yaradılsa Avropanın təhlükəsizliyi təmin edilər.
Parlament üzvləri bildirib ki, təhlükəsizlik sahəsində strateji müttəfqiləri olan ABŞ və Britaniya öz xarici siyasi kursu ilə məşğul olduqlarından, hərbi əməkdaşlıq məsələsində Avropa İttifaqına münasibətdə tutacaqları strategiyada aydın deyil: “Avropa İttifaqı bölgədə təhlükəsizlik sahəsində fəallığını artırmaqla səy göstərməli, eləcə də Avropanın Müdafiə Birliyini yaratmaqla NATO-ya etibarlı dayaq ola bilər”.
Qeyd edilib ki, Avropa İttifaqının Baş Direktorluğu texnika, silahla təmin olunacaq, habelə hərbi sahədə standartlaşma və sertifikalaşma keçirəcək.
Bu xəbər oxucular tərəfindən 9 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed