Şrift:
Güney Azərbaycanda antitürk siyasətinin yeni mərhələsi
16.05.2012 [16:09] - Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları
Bu prosesə bütün gücləri müdaxilə etməyə başlayıblar



Güney Azərbaycan türklərinin əsas milli mübarizə mərkəzi hesab olunan Urmu vilayəti hal-hazırda türk dünyasının döyüş meydanına çevrilmişdir. Belə ki, bu vilayətdə yaşayan üç milyonluq türk əhalisi bir tərəfdən ağır sosial-iqtisadi və məşəqqətli həyat tərzinə qarşı üsyan edir, digər yandan paniranizm və panfarsizm cildinə girmiş mollakratiya zülmünə və istibdadına, başqa bir yandan isə bölgə ilə bağlı süni şəkildə inkişaf etdirilən kürd sorunu problemlərinə qarşı çox möhtəşəm dirənişlər göstərilir.

Urmu gölünün qurudulması siyasətinin ardında duran əsas strateji hədəf bölgədən türk əhalisinin İranın başqa vilayətlərinə miqrasiya etməyə məcbur qalması da əlavə olunduqda, burada milli mübarizənin ağırlıqlarının həcmi və strateji əhəmiyyəti də bəlli olur. Biz bu yazımızda bir daha "kürd sorunu" məsələsinin üzərində dayanmağı vacib hesab edirik. çünki Urmu vilayətində əsas məsələ bu problemin çözülməsidir.

Urmuda kürd təsisatları və onun arxa bağçası



Almaniya, ABŞ, Kanada, Fransa, Danimarka, İngiltərə, Hollandiya, Belçika, İsveç, Avstriya və digər dövlətlərdə "İranda kürd masası" kompleks projelərin qovluqlarında "Türkiyə-Güney Azərbaycan-Quzey Azərbaycan-Türküstan" strategiyasında türk milli coğrafi bütünülüyünün qarşısının alınması üçün "1918-ci il doktrinası"na yenidən üz tutulmuşdur. 19-cu yüzilin ortalarından sonlarına və 20-ci yüzilin 1-ci qərinəsində Rusiya, Fransa və İngiltərə Urmu vilayətində kürd, erməni və aysor toplumlarından ibarət xeyli sayda ictimai və humanitar təşkilatlar yaratmışdılar. Əslində bu qurumlar dolayı yolla yarımhərbi strukturlar mənasında inkişaf etdirilirdi. 1918-ci ildə isə həmin şəbəkə silahlanaraq hərəkətə keçib 200 min nəfərə yaxın türkü soyqırım etdilər və yüzlərlə kəndləri, eləcə də Urmu, Səlmas, Xoy, Mərənd, Sulduz, Qoşaçay, Tikantəpə və digər şəhərləri yandırmışdılar. Aradan 94 il ötməsinə baxmayaraq, yenə də həmin antitürk şəbəkəsi yenidən hərəkətə keçmişdir. Quzey İraqın "Kürd Milli Muxtariyyəti" üzərindən indi sərbəst şəkildə Türkiyə, Suriya və Güney Azərbaycanın Urmu vilayətində "kürd sorunu" adına bir sıra ssenariləri tətbiq etməyə başlayıblar. Bu sırada İsrail, İngiltərə, Fransa və ABŞ daha çox fəaldırlar. "Kürd Muxtariyyəti"nin lideri Məsud Bərzaninin nəzarətində olmaqla Urmu vilayətində kiçik bomil qruplar şəklində çoxsaylı kürd təşkilatlarının yaradılması və onların vahid mərkəzdən idarə edilməsi elə bu strategiyanın əsas hədəflərinədən birinə çevrilmişdir.

On il bundan öncə Tehran rejiminin icazəsi ilə yaradımış "Moəsseseye Əndişeye Səbze Ehsan" (Ehsan Yaşıl Düşüncə İnstititu" indi adını dəyişdirərək "Əhməd Xani adına İnstitut" adlandırımışdır. Urmu şəhərində bu mərkəzin çevrəsində bütün vilayət kürdlərini uzlaşdıran xüsusi strukturlar belə yaradılmışdır. Vilayətdəki üç milyonluq əhalinin 90 faizinin türklər təşkil etsələr də, onların milli mərkəzləri adına bir dənə belə müvafiq stukturun yaradılmasına Tehran rejimi imkan vermədiyi halda, vilayət boyunca kürdələrə məxsus 60 təşkilat fəaliyyət göstərir. Kürdlərə məxsus infrastrukturlar barəsində 19-20-ci yüzilliklərdə olduğu kimi vilayətdə heç kimin müvafiq bilgisi belə yoxdur. Bu stukturların yaradılmasında əsas məqsəd "İran Kürdüstanı" və Urmu vilayətini birləşdirmək, bununla da bölgədə "Böyük Kürdüstan" ssenarisinin coğrafi hüdudlarını genişləndirməkdir. Bu yöndə İraqda, eləcə də İsrail, ABŞ, Avropa dövlətlərində kürd revanşizminin qol-qanad açması üçün müvafiq təbliğat-təşviqat vasitələri də nəşr edilərək Urmu vilayətində kürdlər arasında pulsuz olaraq dağdılır. Hətta bu yöndə əsasən iki stuktura xüsusilə diqqət yetirilir. Təhsilli kürdlər bölgənin idarə etmə stukturları və savadsız kürdlər isə silahlanma üzə ixtisaslaşdırılırlar.

"Əhməd Xani İnstitutu"nun gizlinləri



Urmu vilayəti boyunca yaşayan kürd milli azlığı əsasən kürd dilinin "sorani" dialektinə mənsubdurlar. Urmu şəhərindəki "Əhməd Xani İnstitutu"nun nəzdində "kürd dilinin dialekt və ləhcələrinin inteqrasiyası" və bununla Urmu vilayətinin güney və quzey bölgələrində icmalar şəklində yaşayan, bir-birini çox çətinliklə anlayan kürdlər arasında uzlaşmanı təmin etmək, vilayətin kürdlər yaşayan kəndlərində yoxsul ailələrə pulsuz kürd dilində təbliğat yönlü ədəbiyyatların paylanılmasını təmin etmək, gəncləri bu işlərdə fəal olmağa sövq etmək, savadsız gəncləri silahlı partizan qüvvəsi qismində yetişdirmək və bütün kürd əhalisinə Urmu vilayətinin ən qədim zamanlardan kürdlərin tarixi vətəni olmasına inandırmaq və savadlı kürdləri bu prosesə cəlb etmək. "Əhməd Xani İnstitutu"nun əsas fəaliyyət və tədbirləri isə aşağıdakılardan ibarətdir:

- kürd dilində təhsil şəbəkələrini genişləndirməklə burada akademik səviyyədə beyin və düşüncə mərkəzi olaraq gücləndirilməsinə nail olmaq;

- teatr mərkəzi yaratmaqla kürdlərin mədəni-kütləvi tədbirlərinin sayını artırmaq;

- xarici dil kursları təşkil etməklə beynəlxalq aləmlə təmaslarda gözlənilən problemlərin vaxtına həllinə nail olmaq,

Mədəni təsisatların arxasında duran siyasi hədəfləri incə şəkildə beyinlərdə inkişaf etdirmək.

Gündəlik fəaliyyət prinsiplərinə daxil olan planlar isə belədir: kürd dilini öyrədən kitabçaları əhali arasında pulsuz paylamaq, qadınlardan ibarət komitələr yaratmaq, kürd məktəblərini yaşatmaq üçün xeyriyyə konfransları təşkil etmək, İraq, Suriya, Türkiyə və Qafqazda kürdlərə məxsus tarixi-coğrafi məkan qismində "Böyük Kürdüstan" anlamının qavranılmasına nail olmaq, kürdlərə məxsus tarixdə baş vermiş üsyanların Osmanlı, Səfəvi, Əfşar və Qacarlar dövlətləri zamanı yatızdırılmasını milli faciə qismində anım günlərini qeyd etmək, Urmu Universitetində kürd tələbələrin "Səlahəddin Əyyubi" təşkilatının maliyyələşdirilməsini təmin etməli.

Əslində Urmu vilayətindəki bütün kürd təsisatlarının qurucusu və himayədarı İran prezidenti Mahmud Əhmədinicatın 1-ci müavini Rəhim Məşaidir. Bu şəxs İranın daxilində və çevrəsindəki türk xalqlarının genaloji aspektdən sosial və siyasi, coğrafi və kulturoloji dəyərlərinin aşılanması, fars şovinizminin üstün səviyyəyə qaldırılması, böyük bir şəbəkəyə çevrilməsi strategiyasının tətbiq olunmasına birbaşa rəhbərlik edir.

Urmu şəhərinin "Apadana" caddəsində yerləşən "Əhməd Xani İnstitutu" iki mərtəbəli binadan ibarətdir. Burada kürd dilində kitabxana, musiqi, ana dili, tarix, ədəbiyyat, coğrafiya dərsləri keçirilir. Bu mərkəzin təsisçisi Mühəndis Hatəmi adı ilə tanınan birisidir. O, Quzey İraqın Ərbil və Süleymaniyyə şəhərlərində çox iri mülkiyyət sahibi olmaqla yanaşı, həm də iri biznes əlaqələrinə malikdir. Qondarma "İraq Kürdüstan Muxtariyyəti"ində ən böyük tikinti sifarişlərinin əsas icraçısıdır. Onun gəlirlərinin əsas hissəsi Urmu vilayətində kürd təsisatlarının saxlanılmasına, onların təşkilatlanmasına yönələndirilir. Mühəndis Hatəmi çox nadir hallarda olsa da, İrana gəldiyi zaman Urmu vilayətində bütün kürdlər onun qarşısında müntəzir dayanmaqla yanaşı, xüsusi ziyafətlər təşkil edirlər.

Türklər zindana, kürdlər irəli?



Urmu vilayətində Azərbaycan türklərinin heç bir mədəni təsisatı yoxdur. Hətta bu yöndə təşəbbüs göstərənlər dərhal "dövlət çevrilişi"ndə suçlu bilinərək həbsə atılırlar. Ana dilində qəzet və dərgi açmaq, kitab nəşr etmək, ədəbi və mədəni cəmiyyətlər yaratmaq, təhsil almaq tələblərinə cavab isə Tehran rejimi tərəfindən qəddarlıqla qarşılanır. Bölgədə bütün bunlar azmış kimi, türklərə məxsus bütün sahələrdə süni şəkildə işsizlik yaradılır, coğrafi və ekoloji baxımdan böyük miqyasda problemlər yaradılır.

Kürdlərə məxsus təsisatların yaradılması isə istənilən bütün imkanlara şərait yaradılır. "Əhməd Xani İnstitutu"nun aparıcı şəxslərindən olan Nüsrət Kak, Rəsul Banegin, Əli Banegin, Kamran Hərki, Hamed Esmailvənd, Qader Rəşidi, Pedram Rəhmani kimi qatı antitürk kürd mütəxəssislər vilayətdə kürdlərin 19-20-ci yüzilliklərdə Fransa, Rusiya və İngiltərənin bölgədə türklərə qarşı təşkilatlanma və silahlanma hazırlıqlarını necə tətbiq etmişdilərsə, bu gün də həmin missiya və siyasət bu şəxslərin vasitəsilə fərqli biçimdə davam etdirilməkdədir. Vilayətdə KADEP, PJAK, PKK tipli digər kürd terrorçu təşkilatlar üçün kadrlar hazırlanır. Hətta bu yöndə xani-institute.com internet mərkəzi yaradılaraq, irimiqyaslı təbliğat şəbəkəsi də yaradılıb. Son bir ay ərzində İngiltərənin paytaxtı Londonda kürdlər tərəfindən "Urmu TV" kanalı da qurulmuşdur.

Tehran rejimi bütün bunları diqqətlə seyr etməklə yanaşı, uzaq strateji hədəflərini də paralel şəkildə inkişaf etdirmək üçün prosesləri nəzarətdə saxlamağa çalışır. Ən azından Güney Azərbaycanın bir dövlət halına gəlməsinin qarşısını almaq, onun xarici aləmlə əlaqəsinin daraldılması yönündə Urmu vilayətinin "kürdləşməsi", türkmənlərə məxsus Xorasan vilayətinin "farslaşdırılması" strategiyasını hədəf olaraq tətbiq etməkdədir. Urmu vilayətinin "İran Kürdüstanı" tərəfindən təhdid olunması siyasətini də prosesə çevirmək üçün hazırlıqlar görülməkdədir.

Bölgə ilə bağlı strateji maraqları olan İsrail, İngiltərə, ABŞ, Fransa, Almaniya, çin, Rusiya və digər böyük güclər də sanki Tehran rejiminin yanında dayanmışlar. ötən yüzilin 90-cı illərində Türkiyə, İraq və Suriyada kürdlərdən ibarət yaxşı təlimlər görmüş, müasir silahlardan yüksək səviyyədə istifadə etməyi bacaran mobil qruplar əsasən Livan, İsrail, Fransa, Suriya və digər dövlətlərdə hazırlanırdılar. İndi bu projeyə "İran Kürdüstanı" və "Urmu vilayəti" masası daxil edilib. Bu dövlətlərin strateji mərkəzlərinin siyasi mətbəxində Azərbaycan dövlətinə qarşı hazırlanmış "Dağlıq Qarabağ", "Qızıl Kürdüstan", "Ləzgistan", "Avarıstan", "Talışstan", Güney Azərbaycanın "Urmu vilayəti", Xorasan Türkmən vilayəti üçün "Farsistan" ssenarilərin böyük prosesə çevrilməsinə çalışılır. çünki farslar, ermənilər və kürdlər dünya çapında super etnoslar olaraq qəbul edilmirlər. Bu balaca toplumların iddiasını özündən daha böyük hədəflərə yönəltməklə, onlar əslində böyük güclərin əl kuklası rolunu oynamağa məcburdurlar. Türklərin super etnos olması, 350 milyonluq bir milli varlığıa çevrilməsi, eləcə də türklərin kulturoloji dəyərləri ilə tarixin dərinliklərindən iç-içə olan digər toplumların bizlərə qarşı yönləndirilməsi tipli siyasi oyunları hərəkətə gətirmək böyük güclərin daha da iri maliyyə mənbələrinə malik olması hədəflərinə hesablanmışdır. Belə olmasaydı, "Orta Doğu Projesi" adı altında üçüncü dünya savaşı da bu günün acı həqiqətlərinə çevrilməzdi. Minillər boyu iç-içə yaşayan toplumları bir-birinə qarşı düşmən səviyyəsinə gətirmək, onların arasında etnik münaqişələri alovlandırmaq bu projenin ana hədəflərindən biridir. Xüsusilə türklərə qarşı aparılan bu mənhus strateji hədəfləri biz Azərbaycan türkləri zamanında incələməklə öz milli iradəmizi ortaya qoymaqla bunun qarşısını istənilən zaman ala bilərik. Biz türklərdə genoloji mənada dərin dövlət, qüdrətli millət və bəşəri humanizm dəyəri ən ali dəyər hesab olunmuşdur.

Ənvər Börüsoy
Bu xəbər oxucular tərəfindən 1757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed