Şrift:
Təbrizin millət vəkili “türk” sözünə olan həssaslığa görə Türk Bölgələri Fraksiyasının ləğv edildiyini deyib
12.08.2017 [10:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz, Azərşəhr və Üskünün millət vəkili Şəhabəddin Bimiqdarın dediyinə görə, İran Parlamentində təsis edilmiş Türk Bölgələr Fraksiyası “türk sözünün yaratdığı həssaslıqlar” səbəbilə buraxılıb.

İran mətbuatında yayılan məlumata görə, Ş.Bimiqdar, Türk Bölgələri Fraksiyasının canlandırılması istiqamətində ölkənin şimal-qərb əyalətlərinin millət vəkillərindən ibarət fraksiyanın yaradılacağını bildirib.

Onun sözlərinə görə, artıq “Şimal-Qərb Əyalətləri Fraksiyası”nın təsisi istiqamətində fəaliyyətlər başlayıb, gələn bazar günü fraksiyanın idarə heyətinin üzvləri seçiləcək.

“Bilmirəm, “türkdillilər” sözü parlamentdə necə həssaslıq yaradırsa, türkdilli fraksiyanın təşkilinə qarşı çıxırlar. Şimal-qərb əyalətlərinin millət vəklilləri isə hər zaman birlik tərəfdarı olduqları üçün fraksiya məsələsində ixtilaf yaratmaq istəmilər”- deyə Ş.Bimiqdar bəyan edib.

Təbriz, Azərşəhr və Üskünün millət vəkili əlavə edib ki, şimal-qərb əyalətlərinin bütün millət vəkilləri fraksiyaya üzvdür, idarə heyəti üzvlərin arasından seçiləcək.

İran parlamentində ilk dəfə olaraq Türk Bölgələri Fraksiyası 2016-cı ilin Oktyabr ayında yaradılıb. 100 deputatdan çox üzvü olan fraksiyanın türk bölgələrinin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradıldığı elan olunmuşdur. Fraksiya yaradıldığı gündən hətta bir dəfə də olsa iclas keçirmədi, onun fəaliyyətinə gizli şəkildə mane oldular. Müxtəlif şovinist qüvvələr “Türk” adı daşıyan fraksiyanın yaradılmasına ilk gündən öz etirazlarını bildirmişdir.
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed