Şrift:
Pekin aeroportunda 268 reysi təxirə salındı - SƏBƏB?
12.08.2017 [10:20] - Gündəm, Hadisə
Pekinin "Şoudu" beynəlxalq aeroportu 268 reysi təxirə salıb. Bu qərar ölkədə hökm sürən güclü qasırğa səbəbi ilə qəbul olunub.

Səhər saatlarına planlaşdırılmış 598 reysdən cəmi 248-i həyata keçirilib. Təxirə salınan reyslərin daha çox daxili reyslər olduğu bildirilir.

Qeyd edək ki, ölkə ərazisində hökm sürən güclü qasırğa 5 nəfərin də həyatına son qoyub. Qasırğanın bir çox rayonlara ciddi ziyan vurduğu, fərdi evlərin dağıldığı da bildirilir.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed