Şrift:
“Traxtur”-“İstiqlal” görüşü keçirildi: Ettelaat əməkdaşı jurnalist rolunda “Traxtur” tərəfdarlarını kameraya çəkdi
12.08.2017 [10:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehranın Azadi stadionunda bu şəhərin “İstiqlal” komandası ilə Təbrizin “Traxtur” takımı arasında görüş keçirilib.

İran üzrə futbol klublarının super liqa yarışlarının 3-cü həftəsində keçirilən görüş cümə günü yerli vaxtla saat 20:45-də baş tutub.

Oyun 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb. Qol 41-ci dəqiqədə “İstiqlal”ın özbək oyunçusu Sərvər Cabbarov tərəfindən vurulub.

Oyun zamanı diqqət çəkən məqamlardan biri jurnalist adı ilə stadiona gələn bir şəxsin “Traxtur” tərəfdarlarını kameraya çəkməsi olub. Böyük ehtimalla Ettelaat (İran Kəşfiyyat Nazirliyi) əməkdaşı olan şəxs, kamerasını 45 dəqiqə stadionun bir nöqtəsi yəni “Traxtur” tərəfdarlarına tuşlayıb.

Jurnalist adlanan gizli məmurlar belə materialları Ettelaat İdarəsinə təhvil verirlər.

Sözü gedən şəxsin “Traxtur” tərəfdarlarını kameraya çəkməsini aşağıdakı Videodan izləyə bilərsiniz:

[media=https://www.gunaz.tv/az/xeberler/guneyazerbaycan-1/traxtur-istiqlal-gorusu-kecirildi-ettelaat-emekdasi-jurnalist-rolunda-traxtur-terefdarlarini-kameraya-cekdi-97742]
Bu xəbər oxucular tərəfindən 126 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed