Şrift:
Daha 2 “Sepah”çı Suriyada həlak olub
12.08.2017 [10:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın daha 2 muzdlusu Suriyada gedən savaşda həlak olub. Həlak olanlar İranın Xuzistan və Qorqan bölgələrinin sakinləridir.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə həftə əvvəl Suriyaya gedən “Sepah”çılar, Mustafa Xoşməhəmmədi və Səccad Bavi, son günlər Suriyanın müxtəlif bölgələrində baş verən qarşıdurmalarda Əsədə müxalif qüvvələr tərəfindən öldürülüb. Onların Suriyanın konkret hansı məntəqələrində həlak olduğu mediaya açıqlanmayıb. Həlak olan “Sepah”çıların cənazələrinin yaxın günlərdə ölkəyə gətiriləcəyi bildirilir.

Daha 2 “Sepah”çı Suriyada həlak olub

İranın molla rejimi Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed