Şrift:
Almaniya XİN: Şimali Koreya böhranı nüvə müharibəsinə səbəb ola bilər
15.08.2017 [09:13] - Gündəm, Siyasət
Koreya Xalq Demokratik Respublikası ilə bağlı böhranın nüvə müharibəsinə səbəb olacağı istisna deyil.

Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel belə düşünür.

O qeyd edib: "Nüvə müharibəsi istisna deyil. Lakin adi silahların tətbiqi ilə müharibə də xeyli sayda insanın həyatına mənfi təsir edəcək".

Bundan başqa, nazir Almaniya Kansleri Angela Merkelin ABŞ Prezidenti Donald Trampın NATO ölkələrində silahlanmanın artırılması ilə bağlı tələbinə dəstək verməsini tənqid edib.
Bu xəbər oxucular tərəfindən 448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed