Şrift:
“Rəssamın yolu” kitabının “YARAT”da təqdimatı olacaq
15.08.2017 [09:40] - Xəbərlər, Kitab evi
Avqustun 18-də “YARAT” Müasir İncəsənət Mərkəzində bir çox yaradıcı insanların həyatına müsbət təsir göstərmiş məşhur amerikalı yazıçı və pianoçu Culiya Kameronun “Rəssamın yolu” kitabının təqdimatı olacaq.

Tədbirdə C.Kameronun pərəstişkarı, tanınmış gənc yazıçı Sabina Vəlibəyova kitabla bağlı iştirakçıların suallarını cavablandıracaq.

Təqdimat mərasimində peşəsindən asılı olmayaraq bütün iştirakçılar yaradıcı prosesə cəlb olunacaq. Tədbirdə hər kəs iştirak edə bilər.
Bu xəbər oxucular tərəfindən 195 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed