Şrift:
ELçin RƏHİMzadə: MƏNƏ AZƏRİ DEMƏ (şeir)
16.08.2017 [16:11] - Köşə yazarları, Gənclik, Mədəniyyət
Gonderenin adi : ELçin RƏHİMzadə
Movzusu : şeir
E-mail unvani : rahimzade@yandex.ru
Mektub metni : MƏNƏ AZƏRİ DEMƏ



Mənə "azəri "demə, azərbaycanlıyam mən,
İstəmirəm farslara calaq edəsən məni.
Azərbaycan adlı bir məmləkətin oğluyam,
Tariximi görmürsən,kor olmusan sən yəni?

Calaq etmə sən mənim tariximi özgəyə,
Farsın,Rusun oynuna alət etmə bizləri.
Ovulacaq gün gələr bu sözü icad edən,
O şərəfsiz ,alçağın bəbəkləri,gözləri.

Minilliyə qatlanan şərəfli bir soydanam,
Babam Babək,Koroğlu,Xətai, Məmmədəmin,
Bəsdir ac itlər kimi nəfsinizi saldınız,
Göz dikdiniz hər qarış torpağına ölkəmin.

Tarix heç vaxt pozulmaz,tarix heç vaxt silinməz ,
Sən mənim tariximi silməyə çalışırsan.
Hər görəndə üç rəngli bayrağımı səmada,
Od tutursan, yanırsan, əsəbdən alışırsan.

Türkəm,böyük türk boyu,Oğuz boyundanam mən,
İyirmi dörd boyundan ən böyüyü bu boydur.
Qanım təmiz,qanım saf,içdiyim süd təmizdir,
Soyum Mübarizlər tək igid verən bir soydur.

Erməniylə səhv salma sən türkü,türk oğlunu,
Farsa ,Rusa kölə xalq yalnız ermənidir bil.
"Türkmənçayın" ləzzəti qalıbdır damağında,
Bu bir daha heç zaman təkrar olunan deyil.

"Azəri "deyə təhqir etdiyin həmən türklər,
Bir gün öz qanındaca boğacaqdır bil səni.
Şah İsmayıl Xətai tək böyük sərkərdənin,
Köləsiydin,quluydun ,unutmusan sən yəni?

Təbrizi işğal edib sevinməyin ey farslar,
Bədənindən ölmədən heç zaman ayrılmaz can.
Cənubu,şimalı da bir ürək ,bir bədəndir,
Ora da Azərbaycan,bura da Azərbaycan.

Ey dünya eşid bunu,həkk elə yaddaşına,
Azərbaycan türklərin ana yurdu,elidir.
Vətənim Azərbaycan,dİnim İslam,soyum türk,
Dilim isə şərəfli Azərbaycan dilidir.

Borçalısı,Dərbəndi,Zəngəzuru,Mehrisi,
Göyçə,Təbriz,Ərdəbil,Urmiya,Bakı,Zəncan.
Azərbaycan adlı bir ananın övladları,
Var ol türkün vətəni ,çox yaşa Azərbaycan.
ELçin RƏHİMzadə
Bu xəbər oxucular tərəfindən 489 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed