Şrift:
Təbrizin millət vəkili Şərqi Azərbaycanda hökm sürən ağır vəziyyətə öz etirazını bildirib
17.08.2017 [10:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Məhəmməd İsmayıl Səidi pensiya (əməklilik) fondlarının mövcud durumu, bank sistemi, sərmayə yatırımı, Urmu gölü ətafında kənd təsərrüfatı ilə məşğul olan əhalinin su sıxıntısı və s. kimi problemlərdən bəhs edib.

O bu barədə avqustun 16-ı günortadan sonra parlamentdə keçirilən ümumi iclasda çıxış edib.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, millət vəkili ölkə prezidenti Həsən Ruhaniyə xitabən deyib: “Bank sistemində ciddi islahata ehtiyac var. Bu barədə layihə ən qısa zamanda parlamentə təqdim olunmalıdır. İslahat, İstehsal sahəsində olan maneləri aradan qaldırmaq və bölgədə sərmayə yatırımına şərait yaratmaq üçün qaçılmazdır. Vəziyyətin belə davam edəcəyi təqdirdə daxili istehsal, ağır bank faizlərindən iflic olacaq”- deyə o bildirib.

Məhəmməd İsmayıl Səidi pensiya fondlarının fəaliyyətini də sərt tənqid edib. O bildirib ki, dəfələrlə təqaüdə çıxanların pensiyasının artırılması və uyğunlaşdırılması barədə söz verilib, lakin bu istiqamətdə heç bir addım atılmayıb.

Azərbaycanlı millət vəkili bölgədə yaşanan su böhranı ilə bağlı xəbərdarlıq edərək Enerji nazirini Urmu gölü, Azərşəhr və Üskü ətrafında kənd təsərrüfatı ilə məşğul olan əhalinin su problemini həll etməyə çağırıb.

Məhəmməd İsmayıl Səidi iki gün öncə Təbriz-Səhənd yolu, Təbrizdə 1000 yataqlı və 300 yataqlı xəstəxanaları, kanalizasiya sularının təmizləmə-saflaşdırma təsisatı və s. kimi yarımçıq qalmış vəya icrasına başlanılmamış projelərə etiraz etmişdir.
Bu xəbər oxucular tərəfindən 467 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed