Şrift:
Atenanın 40 mərasimi keçirilib
18.08.2017 [10:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
20 gündən çox itkin düşdükdən sonra iyulun 10-da polis tərəfindən cəsədi tapılan parsabadlı azyaşlı Atena Aslaninin 40 mərasimi keçirilib.

Mərasim avqustun 17-də Ərdəbil Əyalətində yerləşən Parsabad şəhərinin Məhəllə məscidində keçirilib. Yaş mərasiminə mərhumun ailə üzvləri və yaxınlarından əlavə çox sayda yerli əhali iştirak edib.

40 mərasiminin keçirildiyi gün Atenanın atası Behnam Aslani “Rokna” xəbər agentliyinə ürəkdağlayan sözlər deyib:
“Təəssüflə mənimlə bağlı çox şayiələr yayılıb. Bəziləri mənim nəyəsə görə dövlətdən pul aldığımı deyir. Lakin mən hər hansı orqandan pul almamışam, yalnız bir istəyim var, o da qızımın qatilinin cəzalandırılmasıdır.

Bu müddətdə qatilin ailəsi ilə heç bir əlaqəmiz olmayıb, onlar da bizim heç bir əlaqə saxlamayıblar.

Atenadan sonra evimiz viran qalıb. Artıq onun xatirələri bizə əzab verdiyinə görə qaynanamın evində qalırıq. Atenanın kiçik bacısı 4 yaşlı Asena davamlı olaraq bacısını axtarır. Ona Atenanın dərs oxumaq üçün Tehrana getdiyini demişik. O da Tehrana getmək istəyir, hələ də Atenanın ölümünə inanmayıb.

Atenanın anası isə davamlı olaraq ağlayır, onun ruhi vəziyyəti çox gərgindir. Ona hər gün Psixiatr (rəvanpezeşk) baş çəkir”- deyə mərhumun atası bildirib.

“Atenanın qatili istintaq prosesi zamanı bildirib ki, hazıram bağışlanmaq şərti ilə bütün sərvətimi Atenanın atasına təqdim edim. Lakin mərhum azyaşlının atası bu sözə çox sərt şəkildə reaksiya verib”- Bu barədə də Atenanın atası Behnam Aslani özü məlumat verib.

Atenanın günahsız şəkildə qətlə yetririlməsinə gözlənilməz reaksiyalar da oldu. Tehran sakini Tetelu adlı rep müğənnisi İnstagram səhifəsində azyaşlının hicabsız olduğu səbəbindən hadisənin baş verdiyi yazmışdır. Bundan sonra Aslani ailəsi ondan məhkəməyə şikayət etdi, deyilənlərə görə məhkəmə iki həftə sonra bu məsələyə baxacaq.

İyunun 18-də Parsabad-i Muğanda Atena Aslani adlı 7 yaşlı qız uşağı itkin düşüb, onun cəsədi iyulun 10-da polis tərəfindən saxlanılan İsmayıl adlı şübhəli şəxsin avtomobilini park etdiyi yerdə bir plastik boçkanın içində tapılıb.

Atenanın atası uzun illərdir Parsabadın Pezeşkiyan xiyabanında səyyar satıcı işləyir. Atena atasının yanına gəldiyi zaman bəzi vaxtlar onun tanışı olan bir rəng mağazasına gedib, orada əllərini yuyub və su içərmiş. Azyaşlı qız iyunun 18-də atası bilmədən əllərini yumaq üçün həmin mağazaya gedib, lakin bu dəfə onu başqa taleh gözləyirdi.

Artıq 42 yaşlı qatil polisə günahını təmami ilə etiraf edib. Meyitin üzərində zorlanma əlamətləri aşkar edilib.

Məsum azyaşlı qız iyulun 12-də Parsabadda böyük izdihamla dəfn olunub.

Azyaşlı qızın qatili bundan əvvəl də məhkumluq həyatı yaşayıb. O, iki il bundan əvvəl bir qadını zorlayaraq öldürdüyünü etiraf edib. Qatilin daha bir neçə cinayət hadisəsində əli olduğu ehtimal edilir.
Bu xəbər oxucular tərəfindən 571 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed