Şrift:
Alimlər 100 mikrometrlik “laboratoriya” çap ediblər
19.08.2017 [10:06] - Gündəm, Mədəniyyət
Briqam Yanq Universitetinin alimləri xüsusi printer vasitəsilə 100 mikrometrlik (0,1 mm) kimyəvi analizlər üçün nəzərdə tutlmuş mükəmməl "laboratoriya" çap ediblər.

AMEA-nın saytının verdiyi məlumata görə, mikromaye qrupuna aid edilən bu mikroçip əsl kimyəvi laboratoriya hesab edilir. Belə ki, devaysın içinə yerləşdirilən mikroskopik kanalların köməyi ilə müxtəlif analizləri həyata keçirmək mümkündür.

Bu cür kiçik ölçülü laboratoriyaların yaradılması tibbin diaqnostika sahəsi üçün xüsusi əhəmiyyətlidir. Bu cihazları insan orqanizminə daxil edərək lazımi parametrləri ölçmək olur. Bundan əlavə, sözügedən mikrolaboratoriyalar miniatür robotların funksionallığını da artırır. Bu miniatür çipi hazırlamaq üçün alimlər tərəfindən əsasını 385 nanometrlik işıq diodlu lampa təşkil edən unikal 3D-printer yaradılıb.

Qeyd edək ki, ultrabənövşəyi şüaları özünə daha yaxşı hopduran yeni 3D-printer bir çipi cəmi 30 dəqiqə ərzində steril şərait olmadan belə çap edə bilir.
Bu xəbər oxucular tərəfindən 531 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed