Şrift:
İranda sünni məzhəbli dindar bəluc ETTELAAT əməkdaşları tərəfindən qətlə yetirilib
21.08.2017 [09:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda sünni məzhəbli dindar bəluc, “Quran” hafizi və qiraətçisi Hafiz Səfiyullah, təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, hadisə avqustun 19-da Sistan-Bəlucistan əyalətində baş verib. Bildirilir ki, əyalətin Xaş-Səravan istiqamətində öz şəxsi avtomobilində hərəkət edən Hafiz Səfiyullah, mülki geyimli ETTELAAT əməkdaşlarının onu təqib etdiyini görəndən sonra idarə etdiyi avtomobilin sürətini artıb. Lakin təhlükəsizlik qüvvələri odlu silhlardan bir neçə dəfə atəş açaraq gənc bəluc fəalını yerindəcə qətlə yetiriblər.

Dindar bəluc fəalının fəaliyyət sahəsi və ona silahlı hücumun səbəbi barədə mediaya hər hansı bir məlumat verilməyib.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed