Şrift:
Nadir Qazipur “Traxtur” klubuna qarşı ayrı-seçkiliyə etiraz edib
21.08.2017 [10:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Gənclər və İdman nazirinə məktub yazaraq Futbol Federasyonunun Azərbaycanın “Traxtur” komandasına qarşı etdiyi ayrı-seçkiliyə etiraz edib.

“Azərbaycanın “Traxtur” futbol komandasına, əziz Tehranın iki komandası kimi dəstək verilsin” başlığı ilə yazılan məktubda “Traxtur”la Tehran komandalarına fərqli münasibətin olduğu qeyd olunub.

““Traxtur”la Tehranın iki komandası arasında keçirilən görüşlərdə, “Traxtur” tərəfdarları döyülərək məzlum şəkildə Azərbaycana qayıdırlar. Futbol Federasyonu rəqib komandalara (“İstiqlal” və “Perspolis” nəzərdə tutulur) qarşı heç bir tədbir görmür”- deyə məktubda qeyd olunub

Nadir Qazipur “Traxtur” klubuna qarşı ayrı-seçkiliyə etiraz edib

Azərbaycanlı millət vəkili açıq şəkildə heç bir görüşün adını çəkməyib, lakin onun ötən günlərdə Tehranda keçirilən “Traxtur”-“İstiqlal” görüşünə işarə etdiyi ehtimal olunur.

Həmin görüşdən sonra Futbol Federasyonunun İnzibati Komitəsi “Traxtur” tərəfdarlarını qanunu pozmaqda günahlandıraraq Azərbaycan klubunu 15 milyon tümən cərimələyib.
Bu görüşdə hakimin ədalətsiz qərarları da hər kəsi narahat etmişdir. Hətta “Traxtur” klubu hakimin anlaşılmaz davranışları ilə əlaqədar Liqa Təşkilatına məktubla müraciət etmişdir. Azərbaycan klubu hakimləri qanun pozuntusuna yol verən rəqib komanda oyunçularını oyundan xaric etməmək, “Traxtur”un xeyirinə olan penaltini təyin etməmək və s. kimi yalnış qərarlar verməkdə günahlandırmışdır.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed