Şrift:
Təbrizin İcra Hakimiyyətiti başçısı Hel Zavodunda baş verənlərə münasibət bildirib
21.08.2017 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son günlərdə, Təbrizdə yapışqan istehsal edən Hel Zavodu, işçiləri zorla namaz qıldırdığına, namaz qılmayan işçiləri cərimə və işdən çıxarmaqla təhdid etdiyinə görə mətbuatın gündəminə düşüb. Bundan sonra Təbriz Şəhər İcra Hakimiyyəti başçısı Rəhim Şöhrətifər zavodda baş verən hadisələrə münasibət bildirib.


O bu barədə “Anac” xəbər agentliyinə danışıb.


“Hel Zavodunun müdiri 300 nəfərdən çox insanı işlə təmin edib, zavodun fəal sistemi var və işləri yaxşı irəli gedir.
Mən şənbə günü zavodun müdiriyyəti ilə əlaqə saxladım və ona müəyyən məsələləri xatırlatdım. Dedim ki, biz islam qayda-qanunlarından kənara çıxa bilmərik. O isə qeyd etdi ki, onun pis niyyeti olmayıb, lakin yenə də gedişatda dəyişiklik və düzəliş ediləcək”- deyə İcra Hakimiyyəti başçısı bildirib.


O Hel Zavodunun müdiri ilə danışıqda konkret olaraq namaz məsələsinə toxunduğunu deyib.
“Zavodun müdiriyyətindən istədim ki, işçiləri namaz qılmağa məcbur etmək yerinə, onları bu işə təşviq edərək meyilləndirmək lazımdır. Mən zavoda baş çəkdiyim zaman orada namazla bağlı hər hansı banner görmədim, lakin sonradan virtual aləmdə bu barədə məlumat əldə etdim”- deyə İcra Hakimiyyəti başçısı əlavə edib.


Bu barədə Hel Zavodunun sahibinə yaxın olan şəxslərdən bəziləri GünAz TV-yə danışıb. “Onun ümumiyyətə dinə etiqadı yoxdur. O əxlaqsız əməllərini təhlükəsizlik qüvvələrindən gizlətmək məqsədi ilə özünü belə göstərir, əsas məqsəd ictimaiyyətin fikirini başqa istiqamətə yönəltməkdir”- deyə bildirilib.


Avqustun 18-də virtual aləmdə Hel Zavodundan bir görüntü yayılıb. Görüntüdə zavod işçilərinin namaz qıldığı məkanın divarında namaz qılmağın məcburi olduğunu göstərən banner əks olunub. Həmin bannerin üzərində yazılıb:
“Bütün kişilərin namaz qılması məcburidir. Namaz qılmayanlar ən azı 120 min tümən cərimə ödəməlidirlər və ya işdən çıxarılacaqlar. Namaz vaxtında, bütün kişilər Allahu Əkbər-i eşitdikdən sonra dəstəmaz almağa başlamalıdırlar...”


Bundan öncə zavodun sahibi, eyni zamanda müdiri olan Xəlil Nəzəri yayılan xəbərə ““Bu özəl bir fabrikdir. Dövlətin olsaydı, siz haqlı olardınız, dində məcburiyyət olmaz... Kimə nə, mən bu fabriki namaz qıldırmaq üçün tikmişəm, pula ehtiyacım yoxdur,” deyə cavab vermişdir.

Ötən günlərdə minlərlə sosial şəbəkə istifadəçisi zavod sahibinin ad günündə çəkilmiş şəkilləri paylaşaraq onun barəsində müxtəlif sözlər yazıblar. Onlar Xəlil Nəzərini Şimali Koreya lideri Kim Con Una bənzədib və “balaca diktator” adlandırıblar.
Şəkillərin bir çoxunun əsli keçən aylar ərzində zavodun Twitter hesabından paylaşılıb.
Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed