Şrift:
Rusiyanın Rostov vilayətində fövqəladə rejim elan edilib
22.08.2017 [09:42] - Gündəm, Bildiriş
Kütləvi yanğınlarla əlaqədar Rusiyanın Rostov vilayətində fövqəladə rejim elan edilib.

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar naziri Vladimir Puçkov məlumat verib.

Qeyd edək ki, bu gün Rostov şəhərində güclü yanğın başlayıb. On min kvadrat metr ərazini əhatə edən yanğının hazırda lokallaşdırıldığı bildirilir. Güclü yanğın nəticəsində şəhərdə yüzlərlə tikiliyə ziyan dəyib, 45 nəfər tibb yardım üçün müraciət edib, 7 nəfər xəstəxanaya yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 567 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed