Şrift:
SOCAR “Gazprom” və “Rosneft” ilə müzakirələr aparıb
22.08.2017 [09:43] - Gündəm, İqtisadiyyat
SOCAR “Gazprom” və “Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev işçi səfərlə Sankt-Peterburqa gedib. Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.

Görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.
Bu xəbər oxucular tərəfindən 90 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed