Şrift:
“Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı üç dildə nəşr olunub
22.08.2017 [10:39] - Gündəm
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Mübariz Xəlilovun “Albaniyanın tarixi, etno-mədəni hüdudları: qərb istiqaməti” kitabı Azərbaycan, rus və ingilis dillərində çapdan çıxıb.

İnstitutdan bildiriblər ki, yeni nəşrdə tariximizin antik və ilk orta əsrlər dövrü barədə məlumat yer alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə nəşri olan kitabın yazılmasında əsas məqsəd Azərbaycan tarixinə dair geniş oxucu auditoriyasının bilik, məlumat dairəsini genişləndirməkdir.

Elmi üslubda yazılan bu əsər Albaniya dövlətinin tarix və mədəniyyətinin öyrənilməsi, ölkə vətəndaşlarının tarixi keçmişimizə dair biliklərinin artırılması, qədim dövrlərə aid abidələrimizlə tanışlıq baxımından əhəmiyyətlidir.
Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed