Şrift:
Sepah”ın daha 9 muzdlusu Suriyada həlak olub
22.08.2017 [11:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın daha 9 muzdlusu Suriyada gedən qarşıdurmalarda həlak olub.

Bəşər Əsəd rejiminə yardım məqsədilə bir neçə həftə əvvəl Suriyaya göndərilən “Sepah”ın yerli və əfqanıstanlılardan ibarət “Fatimiyyun” briqadasının hər 9 muzdlusu (Zaman Hüseyni, Məhəmməd Fəqiri, Əsədullah Zəvvari, Mustafa Şah Hüseyni, Mənsur Hüseyni, Cəfər Əsgəri, Məhəmməd Qasımzadə, Məhəmməd Şücayi və İsmətullah Məhəmmədi) bu ölkədə Əsədə müxalif qüvvələrlə qarşıdurmada həlak olub.

Onların Suriyanın konkret hansı bölgələrində öldürüldüyü mediaya açıqlanmayıb. “Sepah”çılardan bir neçəsinin cənazəsi ölkəyə gətirilərək İranın müxtəlif şəhərlərinə torpağa tapşırılıb.

Sepah”ın daha 9 muzdlusu Suriyada həlak olub

İranın molla rejimi Bəşər Əsəd hökumətinin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir
Bu xəbər oxucular tərəfindən 202 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed