Şrift:
Azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbi təmin olunmayıb
23.08.2017 [11:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Məhkəməsi bu şəhərin mərkəzi zindanında məhbus həyatı yaşayan azərbaycanlı fəal Məhəmməd Nəcəfinin şərti azadlığa buraxılması ilə bağlı tələbini təmin etməyib.

Azərbaycanlı milli-mədəni fəal 2017-ci il mayın 29-da 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına salınıb, o hazırda həbsxananın 11-ci korpusunda saxlanılır.

M.Nəcəfi 2015-ci il noyabrın 20-də Təbrizin səhənd stadionunda “Traxtur” komandası ilə “Siyah Cameqan”ın görüşü zamanı Yavər Sultani, Cavad Sultani, Cahanbəxş Sultanzadə, Mehdi Şərifi, Hadi Hüseynzadə, Cəfərpur, Həsən Camali, Məcid Nağızadə, Məhəmməd Şirzad və Mehdi Şirzadla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanıb, o bir neçə gün saxlandıqdan sonra müvəqqətə olaraq zəmanətə buraxılıb.

Məhkəmə M.Nəcəfini ümumi asayişi pozmaq kimi qondarma ittihamla günahlandırıb.

“Traxtur”-“Siyah cameqan” görüşündə təxminən 100 nəfər “Traxtur” tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdur. Görüş keçirildiyi zaman stadionda Azərbaycan türklərini təhqir etdiyi üçün İran Teleradiosuna qarşı şüarlar səsləndirilmişdir.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed