Şrift:
İrandan Azərbaycana narkotik keçirən 11 nəfər zərərsizləşdirilib
18.05.2012 [11:45] - Hadisə
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyinin Rusiya Federal Təhlükəsizlik Xidməti ilə birgə keçirdiyi əməliyyat nəticəsində onlardan ümumilikdə 213 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

İran-Azərbaycan-Rusiya marşrutu üzrə narkotiklərin qanunsuz daşınması ilə məşğul olan dəstə üzvlərindən 3-ü Moskva şəhərində saxlanılıb. Məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq narkotik vasitəni İran istiqamətindən Xəzər dənizi vasitəsilə Azərbaycana gətiriblər.
Bu xəbər oxucular tərəfindən 1056 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed