Şrift:
Türkiyə KİV-ləri: “Qarabağ” tarix yazdı
25.08.2017 [09:37] - Xəbərlər, Türk dünyası-Turan
Azərbaycan futbolunun flaqmanı olan Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılmaqdadır.

Anadolu Agentliyi, www.haberturk.com və www.ntvspor.net saytları, “Millət” və “Hüriyyət” qəzetləri, eləcə də xəbər portalları bu möhtəşəm idman xəbərini futbolsevərlərə “Qarabağ” tarix yazdı”, “Qarabağ” Çempionlar Liqasında mübarizə aparacaq”, “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizə aparacaq ilk Azərbaycan futbol komandası oldu” və digər sərlövhəli yazılarla çatdırıb. Bəzi idman-xəbər portalları “Qarabağ”-“Kopenhagen” qarşılaşmasından foto sessiya yayıb.

Mövzunu əhatə edən idman şərhlərində, həmçinin “Qarabağ”ın keçdiyi inkişaf yolu təhlil olunur, onu qarşıda gözləyən çətin və şərəfli mübarizədən söz açılır.
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed