Şrift:
Braziliya sahillərindəki faciə qurbanlarının sayı artır
25.08.2017 [09:50] - Gündəm, Bildiriş
Braziliya sahillərində iki gəminin batması nəticəsində ölənlərin sayı 41-ə çatıb. Axtarış-xilasetmə işləri davam etdirilir.

“Euronews” saytı xəbər verir ki, qəzalardan biri Baiya ştatında Mar-Qrandidən Salvadora gedən dəniz yolunda baş verib. Gəmidə 130 sərnişin olub. Axtarış-xilasetmə əməliyyatı nəticəsində 22 cəsəd tapılıb. Yerli hökumət orqanlarının məlumatına görə, gəmi sahil yaxınlığında qəzaya uğradığı üçün adamların çoxu xilas ola bilib. Baiya ştatında üçgünlük matəm elan edilib.

Para ştatında Şinqu çayında isə sərnişin daşımaq icazəsi olmayan bərə batıb. Qəza nəticəsində 19 nəfərin həlak olması rəsmən təsdiqlənib. Dənizçilər 22 sərnişini xilas edə biliblər. Yeddi nəfərin taleyi məlum deyil.
Bu xəbər oxucular tərəfindən 597 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed