Şrift:
Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı dalğalanır
18.05.2012 [13:33] - Diaspor
65-ci Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı dalğalanır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən saytımıza bildiriblər ki, ikinci ildir festival şəhərciyinin mərkəzi xiyabanda yerləşən və “Azərbaycanfilm”in loqotipi ilə bəzədilmiş pavilyonda kinomuz, onun tarixi, bugünkü potensialı, birgə film istehsal etmək və xarici film istehsalçılarına xidmətlər göstərmək imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim olunub. Burada, həmçinin Azərbaycanın turizm imkanları geniş təmsil olunub.

Festivalın açılışı günündə pavilyonda qurulmuş monitorda “Buta” bədii filmini seyr edən digər ölkələrin nümayəndələri və festival iştirakçıları filmin rejissoru İlqar Nəcəfə əsərinin milli folklora və ənənələrə söykənməklə yanaşı, Avropa tamaşaçılarının anlaya biləcək tərzdə çəkildiyini bildiriblər. Tamaşaçılara filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatlarına layiq görülməsi haqqında məlumat verilib.

Ürək açan məqamlardan biri festival proqramlarından birində iki qısametrajlı filmimizin təmsil olunması ilə bağlıdır. Bunlar “Ultra production” şirkətinin çəkdiyi “İnkoqnito” və “Iz production”un istehsal etdiyi “Susma!” filmləridir.
Bu xəbər oxucular tərəfindən 1490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed