Şrift:
Məhəmmədrəsul Məcidov səkkizdəbir finala vəsiqə qazanıb
28.08.2017 [09:41] - Gündəm, İdman
Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Mundialın ikinci günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Azərbaycan Boks Federasiyasından bildirilib ki, 91 kiloqramdan artıq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. M.Məcidov rəqibini 5:0 hesabı ilə məğlub edib.

Boksçumuz səkkizdəbir finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 536 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed