Şrift:
Türkiyənin Van, Muş və Ərzincan vilayətlərində 8 terrorçu zərərsizləşdirilib
28.08.2017 [09:44] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyənin Van, Muş və Ərzincan vilayətlərində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində səkkiz terrorçu zərərsizləşdirilib.

Anadolu agentliyi xəbər verir ki, daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı PKK-nın 7 üzvü məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin bu barədə yazılı açıqlamasında Vanda dörd, Muşda iki, Ərzincanda isə bir terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hərbi hava qüvvələrinin dəstəyi ilə Ərzincanın Kemah rayonunda keçirilən əməliyyat zamanı da bir terrorçu öldürülüb.
Bu xəbər oxucular tərəfindən 162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed