Şrift:
Zəncanın Qavazəng bəndi qurumaq üzrədir
30.08.2017 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vaxtı ilə Güney Azərbaycanın Zəncan şəhərinin tanınmış əyləncə mərkəzlərindən olan Qavazəng bəndi artıq qurumaq üzrədir.

Ötən illərdə insanlar həmin bənddə qayıq sürüb, balıq tutardılar, lakin avqustun 28-də bənddən çəkilmiş görüntülər, əyləncə mərkəzində suyun həcminin xeyli azaldığını, artıq qurumaq üzrə olduğunu göstərir.

Zəncanın Qavazəng bəndi qurumaq üzrədir

Qavazəng bəndi Güney Azərbaycanın təbii cazibəli məkanlarından biridir, bənd Zəncanın şimal tərəfindən Qavazəng dağının ətəyində, El dağı kompleksində yerləşir.

Bəndin suyu Qavazəng çayından təmin olunur, onun 0.48 milyon kubmetr həcmində tutumu var.
Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed