Şrift:
BƏƏ: “İran və Türkiyə ərəb ölkələrində müstəmləkəçi rolunu oynayırlar”
31.08.2017 [09:43] - Gündəm, Siyasət
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla Bin Zayid Al-i Nəhyan avqustun 29-da bu ölkəyə səfər edən rusiyalı həmkarı Sergey Lavrovla regionda baş verən bir sıra məsələr barədə danışıqlar apardıqdan sonra İran və Türkiyənin bölgədəki roluna kəskin etiraz bildirib.

Əbu-Dabidə aparılan müzakirələrdən sonra Lavrovla birgə jurnalistlərə açıqlama verən Şey Abdulla Bin Zayid deyib ki, Tehranla Ankaranın bölgənin ərəb ölkələrində apardığı fəaliyyəti mənfidir: “İranla Türkiyə regionun ərəb ölkələrində tarixi müstəmləkəçi rolunu oynayırlar. Onların Suriyada yeritdiyi siyasəti mənfi nəticələrə gətirib çıxarıb.

Hesab edirik ki, Suriyanın müstəqilliyinin zəiflənməsini istəyən qüvvələr bu ölkədən çıxarılmalıdır. Açığını deyib ki, bu sözü deməkdə mən İranı və Türkiyəni nəzərdə tuturam. Düşünürəm ki, əgər İran və Türkiyə ərəb dünyasında hazırkı rəqabət və tarixi müstəmləkəçilik siyasətini davam etdirsələr, indiki vəziyyət təkcə Suriyada yox, gələcəkdə həm də digər ölkələrdə də baş verəcək”.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed